Dəhşətli təyyarə qəzasının görüntüləri yayıldı

© REUTERS / STRINGERPakistanın şimal-şərqində qəzaya uğrayan hərbi təyyarə
Pakistanın şimal-şərqində qəzaya uğrayan hərbi təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Pakistana məxsus hərbi təyyarə yaşayış məntəqəsinin üzərinə düşüb

BAKI, 30 iyul — Sputnik. Pakistanın şimal-şərqində hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilot da daxil olmaqla, ümumilikdə 19 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, ölkənin hərbi hava qüvvələrinə məxsus təyyarə təlim-məşq uçuşu həyata keçirərkən bilinməyən səbəblərdən Ravalpindi şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsinin üzərinə düşüb.

​Məlumata görə, insan itkisindən savayı bir neçə evə ziyan dəyib.

Hadisə yerinə yaxın olan şahidlər hərbi təyyarənin yerə düşməsi anını kameraya çəkə biliblər.

Xəbər lenti
0