Antalyada onlarla rusiyalı vəfat edib – Baş konsul açıqladı

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidШезлонги на пляже одного из отелей в Анталье
Шезлонги на пляже одного из отелей в Анталье - Sputnik Azərbaycan
Abunə olmaq
Baş konsul vurğulayıb ki, turistlər spirtli içkidən çox istifadə edir, həmçinin dənizdə və ekskursiya zamanı özlərini laqeyd aparırlar

BAKI, 30 iyul — Sputnik. Rusiyanın Antalyadakı Baş Konsulu Oleq Roqoza bəyan edib ki, 2019-cu ildə Antalyaya istirahətə gələn onlarla rusiyalı vəfat edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Süleymaniyə məsçidi - Sputnik Azərbaycan
İstanbul kimi ol, de ki, "boğazım quruyana qədər sevəcəyəm səni..."

Baş konsulun sözlərinə görə, bu onunla bağlıdır ki, rusiyalılar heç də həmişə səfər öncəsi öz səhhətlərinin vəziyyətini adekvat olaraq dəyərləndirmirlər. O, qeyd edib ki, söhbət ilk növbədə xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlardan gedir. Belə ki, bu cür xəstəliklər isti hava şəraiti ilə bağlı daha da kəskinləşir.

Baş konsul vurğulayıb ki, turistlər spirtli içkidən çox istifadə edir, həmçinin dənizdə və ekskursiya zamanı özlərini laqeyd aparırlar.

Oleq Roqoza rusiyalıları öz səhhətlərinə qarşı daha diqqətli olmağa və vaxtında tibbi yardım üçün müraciət etməyə çağırıb.

Xəbər lenti
0