CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanrının əlini üzərinə çəkdiyi şəxs: O, musiqini vücudu ilə hiss edir

© Sputnik / Rahim MuradovMahmud Səfərov
Mahmud Səfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Mahmud Səfərov futbolçu, rəqqas və Azərbaycanda jestika dili ilə film çəkən ilk şəxsdir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Bu dəfə həmsöhbətimiz bəlkə də Azərbaycan kinematoqrafiyasında ilkə imza atan əslən Lerik rayonunun Çayrud kəndindən olan Mahmud Səfərovdur. Mahmud həmçinin Azərbaycanda jestika - işarət dili ilə ilk "Vine" çəkən şəxsdir.

Mahmud uşaq yaşlarından telefon vasitəsilə plastinlərdən animasiya filmləri çəkib. Plastinlindən hazırladığı fiqurları hərəkət etdirib, sadə telefonla kadrları tək-tək çəkərək, telefonda montaj edib. Eşitmə və danışmaq imkanları məhdud olan Mahmud həm də futbolçudur. O, 16 yaşında AFFA-nın dəstəyi ilə eşitmə və danışma problemli şəxslər arasında keçirilən yarışda Azərbaycanı Avropada təmsil edib. Futbol sahəsində medal və sertifikatları var. Bundan baş jestika dilinin təbliği ilə məşğul olub, universitetlərdə seminarlar keçirib və təlimçi kimi çıxış edib.

© Sputnik / Rahim MuradovMahmud Səfərov və bacısı Aidə Səfərova
Tanrının əlini üzərinə çəkdiyi şəxs: O, musiqini vücudu ilə hiss edir - Sputnik Azərbaycan
Mahmud Səfərov və bacısı Aidə Səfərova

Sputnik Azərbaycan-a müsahibə verməsində Mahmudun bacısı Aidə Səfərova yardım etdi.

- İlk olaraq özünüzü təqdim edin.

- Adım Mahmud Səfərovdur, 23 yaşım var. Özüm Bakı şəhərində doğulmuşam, atam isə Lerik rayonunda dünyaya gəlib.

- Eşitmə məhdudiyyəti və danışa bilməmək sizin həyatınızda həyatında hansı çətinliklər yaradıb?

- Əvvəllər bu qüsurumu özüm üçün dərd edirdim, məyus olurdum. Mənim üçün çox çətin idi, sonradan eşitmə məhdudiyyətlilərin təhsil aldığı məktəbdə oxuduğum müddətdə özüm kimi uşaqları gördüm və onlarla dostlaşdım. Onlarla mehribancasına söhbətlər edər, əylənər və birlikdə gəzintiyə gedərdik. Bundan sonra özümdə olan kompleksimə son qoydum.

- Həyatınızda elə olub ki, eşidib-danışa bilən şəxslər məhz sizinlə dost olmaqdan ötrü jestika dilini öyrənib?

- Uşaqlıq vaxtlarımda mənimlə bərabər böyüyən uşaqlar var idi. Onların eşitmə, nitq qüsuru yox idi. Mənimlə bir yerdə böyüdükləri üçün başa düşməkdə çətinlik çəkmirdilər. Mənimlə ilk dəfə rastlaşan və eşitmə qüsuru olmayan insanlar üçün isə məni anlamaq çətin olurdu. Buna baxmayaraq mən onları asanlıqla başa düşürdüm və onlara jestikanı izah edib öyrətməyə çalışırdım.

- Bildiyim qədər yaxşı rəqs edirsiniz. Bəs musiqini eşitmədən necə rəqs etməyi bacarırsınız və rəqs etməyi necə öyrəndiniz?

© Sputnik / Rahim MuradovMahmud Səfərov
Tanrının əlini üzərinə çəkdiyi şəxs: O, musiqini vücudu ilə hiss edir - Sputnik Azərbaycan
Mahmud Səfərov

- Mənim rəqs müəllimim olmayıb. Uşaqlıqda rəqs edənlərə diqqətlə baxıb və bütün rəqs hərəkətlərini yadımda saxlayıb öyrənirdim. Sonra isə "youtube"da rəqs dərslərini izlədim və orada müəllimin göstərdiyi hər bir hərəkətləri təkrarlayırdım. Mahnının ritmini isə ritmik titrəyişlərilə hiss edirəm və o titrəyişlərə əsasən hərəkət edirəm. Yoxsa, mən qətiyyən heç nə eşitmirəm.

- Mahmud Səfərov həm də Azərbaycanda jestika dili ilə çəkilən ilk filmin baş qəhrəmanıdır. Çəkildiyiniz film nə haqqındadır?

- Azərbaycanda ilk dəfə işarə dili ilə film çəkildi. Filmin rejissoru Fuad Tofiqoğlu, ssenari müəllifi isə Ramin Musayevdir. Onlar məni dəvət etdilər və mən də filmdə çəkilməyə razılıq verdim. Azərbaycanda eşitmə məhdudiyyəti olan şəxslər haqqında film yox idi. Fikirləşib qərara verdik və onu gətirdik. Baş qəhrəmanı mən idim. Orada həm nitq məhdudiyyəti olan və həm də nitq məhdudiyyəti olmayan aktyorlar çəkilmişdi. Filmin məqsədi eşitmə məhdudiyyətli şəxsləri sevindirmək idi və biz ilkə imza atdıq. Film ilk dəfə Bakı şəhərində “Nizami” kinoteatrında nümayiş etdirildi. Kinoteatrın 500 nəfərlik zalında bütün yerlər dolmuşdu və gələnlərin əksəriyyəti eşitmə məhdudiyyətli insanlar idi. Film Rusiyada, Qazaxıstanda, Qırğızıstanda, İran İslam Respublikası və Belarusda böyük marağa səbəb oldu və bütün sadalanan ölkələrdə nümayiş etdirildi.

- Azərbaycan və ya başqa ölkələrdən filmə çəkilmək üçün təklif almısınızmı? Təklif gəlsə necə dəyərləndirərsiniz?

- Nə Azərbaycan, nə də digər ölkələrdən filmə çəkilmək haqda təklif gəlməyib. Amma təklifləri təklif gəlsə, əlbəttə sevinərək razılıq verərəm.

- Gələcək planlarınız necədir?

- Gələcəkdə yenə də vine çəkərək öz məşhurluğumu qorumağı düşünürəm.

- Həyatında kimsə varmı?

- Həyatımda boşluqdur, heç kimi sevmirəm. Amma çoxlu sayda qızlar var ki, mənə sevdiklərini yazırlar.

Xəbər lenti
0