CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızıl və gümüş medala layiq görülənlərin sayı açıqlandı

© Photo : Təhsil Nazirliyinin mətbuat xidmətiAzərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov
Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub

BAKI, 30 iyul — Sputnik. Təhsil naziri Ceyhun Bayramov "Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında" əmr imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən bildirilib.

Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub. Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən müəyyənləşdirilib.

Xəbər lenti
0