BAKI, 29 iyul — Sputnik. Çin Rusiya istehsalı olan "S-500" zenit-raket sistemlərinin ilk alıcısı ola bilər. Bu barədə Sputnik Azərbaycan "Military Watch" nəşrinə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, Moskva və Pekin arasında əməkdaşlıq xüsusilə maraq doğurur. Məqalənin müəllifi qeyd edir ki, Çin artıq uzun müddətdir ki, ən müasir Rusiya silahlarını alır.
Qeyd olunur ki, tərəflər arasında "S-400" "Triumf" raketlərinin tədarükünə dair saziş imzalanıb. Özünün silah istehsal etməsinə baxmayaraq, Çin hələ də Rusiyanın aparıcı müştərisi olaraq qalmaqdadır.
Xatırladaq ki, "Rostex" şirkətinin rəhbəri Sergey Çemezov qeyd etmişdi ki, Rusiyada "S-500" "Prometey" hava hücumundan müdafiə sistemlərinin istehsalına başlanılıb.