BAKI, 29 iyul — Sputnik. Dünən Rusiyada 27 yaşlı azərbaycanlının öldürülməsi ilə bağlı yeni videogörüntülər yayılıb. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, hadisə dünən səhər saat 4:00 radələrində İvanovo şəhərinin Puşkin meydanında, "Rokko VİP" barının yanında baş verib.
Hadisənin təfərrüatları hələlik məlum deyil. Yayılan kadrlardan görünür ki, qatil azərbaycanlının baş nahiyəsinə odlu silahdan atəş açıb.
İlkin məlumata görə, qətlə yetirilən azərbaycanlı Quba rayonunun Talabıqışlaq kəndindən olan Fazil Balayevdir. Rusiyada ticarətlə məşğul olan 27 yaşlı Balayev subay olub. Onun valideynləri Talabıqışlaq kəndində yaşayırlar. Cənazəsi bu gün Azərbaycana gətiriləcək.