CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədət Quliyev müavinini işdən çıxardı

© Sputnik / Murad OrujovDövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Sənayesi nazirinin müavini işdən çıxarılıb

 

BAKI, 29 iyul — Sputnik. Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad olunub.

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Bu vəzifəyə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Tofiq Yusuf oğlu Rəfiyev 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli sərəncamı ilə Müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Xəbər lenti
0