Sputnik Azərbaycan "Jara"nın "Qırmızı xalı"sını işıqlandıran ən gözəl qızların göz qamaşdıran şəkillərini toplayıb.
Ən gözəl geyimlər, saç düzümləri, makiyaj - ulduzlar festivalın finalının başlanmasına saatlar qalmış "Qırmızı xalı"ya çıxmaq üçün uzun-uzadı hazırlaşıblar. Zarafat deyil, yüzlərlə foto və videokameralar, həmçinin minlərlə fanatın heyranlıq dolu baxışları onlara tuşlanıb.
"Jara" festivalının sonuncu günündə "Qırmızı xalı"ya Z nəslinin ifaçıları, həmçinin Azərbaycan və Rusiyadan olan ulduzlar çıxıblar. Final konsertindən əvvəl jurnalistlərin qarşısına çıxan zərif cinsin ən parlaq və gözəl nümayəndələrinin fotolarını sizə təqdim edirik.
"Jara-2019" iyulun 25-dən 28-dək "Sea Breeze" turizm kompleksində keçirilib.
"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış ediblər.