CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt yolunda yenidən təmir işləri başlanır

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidРемонтные работы на дороге, фото из архива
Ремонтные работы на дороге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir olunan yolda hərəkət məhdudlaşdırıldımı?

BAKI, 29 iyul — Sputnik. Bu gün səhər saat 10.00-dan etibarən Bakı-Sumqayıt yolunun "Şamaxinka" adlanan ərazisindən və Biləcəri enişindən keçən hissəsində təmir-tikinti işlərinə start verilib.

"Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, əraziyə texnika və işçi heyət cəlb olunub.

Diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb.

Газовая конфорка, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bəzi ərazilərdə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq
 Bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.

Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Artıq qazıntı işlərinə başlanılıb və "Azəriqaz" İB-nin əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar. Ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tənzimləyir.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"ndən Sputnik Azərbaycan-a verilən məlumatda isə təmirlə əlaqədar olaraq həmin yolda sürət həddinin endirildiyi, lakin hərəkətin məhdudlaşdırılmadığı bildirilib.

Xəbər lenti
0