CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hesabat açıqlandı: Türkiyə liderdir, Azərbaycan da böyük işlər görüb

© Sputnik / Aleksandr KondratyukЗапрещающий знак на окне здания, фото из архива
Запрещающий знак на окне здания, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST Rəsmi Bakının gördüyü işləri qiymətləndirib

BAKI, 28 iyul — Sputnik. Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) tütünlə mübarizədə irəli sürdüyü missiyaları ən çox uğurla həyata keçirən ölkə Türkiyə seçilib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən gün ÜST tərəfindən Braziliyada təşkil olunan görüşdə görülən işlərlə bağlı hesabat təqdim olunub. Bu hesabata görə, ÜST-ün tövsiyələrinə ən çox əməl edən ölkə Türkiyə seçilib. Sonrakı yerdə isə Türkiyəni Braziliya təqib edib.

Нет курению - Sputnik Azərbaycan
Siqaret kötüyü təbiəti məhv edir

ÜST-ün açıqladığı statistikaya görə, Gürcüstanda kişilərin 57, Almaniyada 29 faizi siqaret çəkir. Tütünün yalnız siqaret kimi çəkilmədiyi, ayrıca olaraq da həm də çeynənildiyi, yaxud da burunla çəkildiyi qeyd olunan hesabatda bu vərdişdən əl çəkməyin də çətin olduğu vurğulanır.

Həmin hesabatda Azərbaycanla bağlı konkret rəqəmlər açıqlanmasa da, ölkədə bir neçə ildə görülən işlər dəyərləndirilib. Hesabatda qeyd olunur ki, Azərbaycan siqaret, tütün və tütün məhsulları ilə bağlı reklamları qadağan etmək, bu cür məhsullara qiymət artımını tətbiq etməklə və aparılan bir sıra digər islahatlara görə də qabaqcıl ölkələrdən biridir. Hesabatda qeyd olunur ki, Azərbaycan son iki ildə aparılan islahatlara görə fərqlənib.

Hesabatda gənclər və yeniyetmələr arasında siqaretin çəkilməsi ilə bağlı da iki il öncəyə aid rəqəmlər açıqlanıb. Qeyd olunub ki, 2017-ci ildə Azərbaycanda yeniyetmələr arasında gündəlik siqaret istifadəsi 17 faizə bərabər olub.

Qeyd edək ki, ÜST-ün hesabatlarına görə, tütün və tütün məmulatları dünyada hər il 8 milyondan artıq insanın səhhətində problemlərə səbəb olur. Tütünün iqtisadiyyata vurduğu zərərin isə 1 trilyon 400 milyard dollara bərabər olduğu vurğulanır.

Xəbər lenti
0