Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Na-na" qrupu Bakıdakı görüş haqda: "Bir ömür bizim yadımızdan çıxmaz"

Abunə olmaq
"Na-na" yubiley proqramı üzərində işləyir və onu Bakıda da dinləyicilərin ixtiyarına vermək istəyərdi

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Rusiyanın bir zamanlar həddən artıq populyar olan "Na-na" qrupunun üzvləri Bakıda verdikləri son konsertdə Heydər Əliyevlə görüşlərini unutmadıqlarını deyirlər.

Наташа Королева - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Nataşa Korolyova azərbaycanlı təşkilatçılardan gileylidir

Bu barədə Sputnik Azərbaycan-a danışan musiqiçilər qeyd ediblər ki, həmin vaxtdan çox illər ötüb.

Qrupun solistləri yenidən sevimli şəhərlərinə gəldikləri üçün çox şaddırlar. Onlar Bakının xeyli dəyişməsinə, daha gözəl, müasir olmasına heyrət edirlər. Bircə dəyişməyən, onların fikrincə, İçərişəhərdir. Musiqiçilər yenidən İçərişəhəri dolaşıblar, geri dönməzdən öncə isə Xəzərdə üzüb, istirahətin dadını çıxarmağı planlaşdırırlar. 

"Bakı bizə çox əzizdir. Axırıncı dəfə biz burada Polad Bülbüloğlunun konsertində çıxış etmişik. Məhz onda biz möhtərəm Heydər Əliyevlə tanış olmuşduq. O bizimlə çox səmimi söhbətləşdi. Heydər Əliyevlə görüş bir ömür bizim yadımızdan çıxmaz", - solistlər etiraf ediblər.

© Sputnik / Murad Orujov"Na-na" qrupu
Na-na qrupu Bakıdakı görüş haqda: Bir ömür bizim yadımızdan çıxmaz - Sputnik Azərbaycan
"Na-na" qrupu

Hazırda qrup kollektivin yaradılmasının 30 illiyi münasibətilə yubiley proqramı üzərində işləyir və onu Bakıda da dinləyicilərin ixtiyarına vermək istəyərdi.

"Jara-2019" festivalı Bakıda iyulun 25-də başlayıb. Sea Breeze turizm-istirahət kompleksində keçirilən festival iyulun 28-dək davam edəcək. Tədbirin açılışı günü orada Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış ediblər.

İyulun 26-sı festival Qriqori Lepsin və Stas Mixaylovun, eləcə də 30 yaşını qeyd edən "Lübe" qrupunun yaradıcılıq gecəsi ilə başlayıb. Səhnədə Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və başqaları çıxış ediblər.

Солист группы Rammstein Тилль Линдеманн на международном музыкальном фестивале Жара в Баку - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Till Lindemann Bakıda özünə yeni sevgili tapdı

1990-cı və 2000-ci illərin hitləri şənbə günü, iyulun 17-də səslənib. Konsertdə "Na-na", "Ruki vverx!" qrupları, Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digərləri oxuyublar.

Festivalın bağlanışı günü, yəni iyulun 28-də Z nəsli çıxış edəcək, Timatinin konserti olacaq. Burada Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və Black star leyblının artistləri dinləyiciləri coşduracaqlar.

Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycanın, Rusiyanın, Ukraynanın, İtaliyanın, ABŞ-ın və digər ölkələrin estrada ulduzları iştirak edirlər.

Xəbər lenti
0