İsrail kosmosda raketləri vurmağa qadir kompleksini sınaqdan keçirdi

© REUTERS / KCNA/via REUTERSЗапуск баллистической ракеты
Запуск баллистической ракеты - Sputnik Azərbaycan
Abunə olmaq
Binyamin Netanyahu sınaqların uğurunun "bütün təsəvvür edilə biləcək gözləntiləri üstələdiyini" bildirib

BAKI, 28 iyul — Sputnik. İsrail və Amerika hərbçiləri Alyaskada Yer atmosferindən kənardakı hədəfləri vuran "Xets-3" raketlərdən müdafiə kompleksini uğurla sınaqdan keçiriblər.

Yaponiyanın Interstellar Technologies şirkətinə məxsus MOMO-F4 adlı kommersiya məqsədli kosmik raketi - Sputnik Azərbaycan
Araqdan "dəm" olan raket kosmosa kağız təyyarə buraxmaq istədi, alınmadı

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

"Xets-3" ("Ox-3") hər iki ölkənin mütəxəssisləri tərəfindən İsrailin raketlərdən müdafiə sisteminin "yuxarı eşelonu"nu möhkəmləndirmək məqsədilə işlənilib hazırlanıb. Onun yaradıcılarının hədəfində bu sistemi fələstin döyüşçülərinin əldəqayırma raket mərmilərindən tutmuş İranın ballistik raketlərinədək bütün potensial təhlükələrə qarşı effektiv müdafiə silahına çevirmək durur.

"Uçuş sınaqları... yüksək ekzoatmosfer hədəflərin ələ keçirilməsi imkanlarını uğurla nümayiş etdirdi... Sınaqlar ona görə Alyaskada keçirildi ki, İsraildə yoxlanılması mümkün olmayan imkanları nəzərdən keçirə bilək", - Nazirliyin bəyanatında deyilir.

​İsrailin hökumət başçısı və Müdafiə naziri Binyamin Netanyahu sınaqların uğurunun "bütün təsəvvür edilə biləcək gözləntiləri üstələdiyini" bildirib.

Donald Tramp - Sputnik Azərbaycan
Əfqanıstan İsraildən sonra dünyada ikinci oldu - Trampın sayəsində

""Xets-2" atmosferdən kənardakı ballistik raketləri əvvəllər heç görmədiyimiz yüksəklik və sürətlərdə tutdu. İcra səviyyəsi ideal idi - hər dəfə "onluğa" vururdu", - Netanyahu deyib.

"Bu gün İsrailin İrandan, yaxud başqa bir ərazidən buraxılan ballistik raketlərə qarşı qoyacağı imkanlar yaranıb. Bu, bizim ölkənin təhlükəsizliyi baxımından çox böyük nailiyyətdir", - Müdafiə naziri əlavə edib.

Onun sözlərinə görə, sınaqlar son bir neçə həftə ərzində aparılıb və 3 gizli mərhələdən ibarət olub. Sınaqlarda həmçinin ABŞ-ın AN-TPY 2 radarından istifadə olunub ki, bu da hərbçilərin fikrincə, müttəfiqlərin silahlanma sistemlərinin qarşılıqlı əvəzlənə bilməsini sübut edir.

Xəbər lenti
0