CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqor Nikolayev - Eminə yox deyə bilmədim

© Sputnik / Murad OrujovИгорь Николаев
Игорь Николаев - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər şey çox gözəldir, əgər çatdırsam, İçərişəhərdə olacam"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Rusiyanın əməkdar artisti İqor Nikolayev etiraf edib ki, Bakıda keçirilən "Jara-2019" festivalına dəvət alarkən Azərbaycanın xalq artisti Emin Ağalarova və rusiyalı həmkarı Stas Mixaylova yox deyə bilməyib.

Закулисье последнего дня Жары-2019 – видео с красной дорожки  - Sputnik Azərbaycan
VİDEO
"Jara"nın sonuncu gününün pərdəarxası - "qırmızı xalı"dan VİDEO

Sputnik Azərbaycan-a müsahibəsində Nikolayev deyib ki, Bakıya dəfələrlə gəlməsinə baxmayaraq, şəhərin  gəzməli-görməli yerləri ilə elə də tanış deyil.

"Hər şey çox gözəldir, əgər çatdırsam, İçərişəhərdə olacam", - o bildirib.

Bəstəkar "Jara" festivalını yaradıcı, pozitiv və əla bayram hesab edir.

"Sözün doğrusu, burada ilk dəfə iştirak edirəm, ona görə də demək olar ki, bu, mənim debütümdür. Mənim üçün burada hər şey yenidir. Məni Eminlə Stas dəvət etdilər, onlara yox deyə bilməzdim. Festivalın təşkilatçılığı xoşuma gəlir, - Nikolayev etiraf edib.

"Jara-2019" festivalı Bakıda iyulun 25-də başlayıb. Sea Breeze turizm-istirahət kompleksində keçirilən festival iyulun 28-dək davam edəcək. Tədbirin açılışı günü orada Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış ediblər.

İyulun 26-sı festival Qriqori Lepsin və Stas Mixaylovun, eləcə də 30 yaşını qeyd edən "Lübe" qrupunun yaradıcılıq gecəsi ilə başlayıb. Səhnədə Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və başqaları çıxış ediblər.

1990-cı və 2000-ci illərin hitləri şənbə günü, iyulun 17-də səslənib. Konsertdə "Na-na", "Ruki vverx!" qrupları, Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digərləri oxuyublar.

Лейла Алиева - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Leyla Əliyeva - "Jara" hər il daha möhtəşəm olacaq

Festivalın bağlanışı günü, yəni iyulun 28-də Z nəsli çıxış edəcək, Timatinin konserti olacaq. Burada Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və Black star leyblının artistləri dinləyiciləri coşduracaqlar.

Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycanın, Rusiyanın, Ukraynanın, İtaliyanın, ABŞ-ın və digər ölkələrin estrada ulduzları iştirak edirlər.

Xəbər lenti
0