Fransız yanğınsöndürənlərə çılpaq etiraz - Video

© pixabay / SkeezeПожарники тушат огонь
Пожарники тушат огонь - Sputnik Azərbaycan
Abunə olmaq
Zorakılıq qurbanı hüquq-mühafizə orqanlarına müraciət edərək, 13 yaşından 15 yaşınadək 22 yanğınsöndürənin ona bir neçə dəfə təcavüz etdiyini bildirib

BAKI, 28 iyul — Sputnik. Bu gün Parisdə Femen təşkilatının 3 üzvü yanğınsöndürənlərə qarşı etiraz aksiyası keçirib.

Sputnik International bildirir ki, aksiya Fransa Müdafiə Nazirliyinin baş qərargahı önündə təşkil edilib. Qadınlar 2009-cu ildə 14 yaşlı qıza təcavüz etmiş 22 yanğınsöndürənə etiraz əlaməti olaraq sinələrinə "Ədalət qadınları udur", "Alov! Zorlama! sözləri yazıblar. Qurşaqdan aşağı yanğınsöndürənlərin geyimində olan qadınların əllərində yanğınsöndürmə balonları olub.

Ötən şənbə günü məhkəmədə 3 yanğınsöndürənə qarşı 2009-cu ildə 14 yaşlı qıza təcavüz etmələri barədə ittiham irəli sürülüb.

Zorakılıq qurbanı 2010-cu ildə hüquq-mühafizə orqanlarına müraciət edərək, 13 yaşından 15 yaşınadək, ağır dərmanlar qəbul etdiyi müddətdə 22 yanğınsöndürənin ona bir neçə dəfə təcavüz etdiyini bildirmişdi.

Femen - 2008-ci ildə Ukraynada yaradılmış feminist qrupdur. Buraya daxil olan qadınlar cinsi, dini, homofob, seksizm xarakterli problemlər də daxil olmaqla geniş spektrli məsələlərə topless etiraz etməklə tanınırlar.

Xəbər lenti
0