İki nəhəng arasında buzlar əriyir - milyonlarla ton məhsul yolda

© AFP 2024 / JOHANNES EISELEКитайский флаг перед контейнерами в порту в Шанхае
Китайский флаг перед контейнерами в порту в Шанхае - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər Amerika kənd təsərrüfatı mallarının qiyməti ağlabatan, keyfiyyəti də yaxşı olsa, o zaman yeni müqavilələr bağlanacaq"

BAKI, 28 iyul — Sputnik. Milyonlarla ton soya Amerikadan Çinə göndərillib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı Sinxua agentliyi Kommersiya nazirliyinə istinadən yayıb.

İyulun əvvəlində Tramp bəyan etmişdi ki, Çin verdiyi sözə əməl etməyərək kənd təsərrüfatı mallarını almır və ABŞ-ı pis vəziyyətdə qoyur. Çin öncə bildirmişdi ki, ticarətdəki disbalansı aradan qaldırmaq üçün Amerikanın kənd təsərrüfatı məhsullarının ixracını aktiv şəkildə artırmağa hazırdır. 

Natiq Cəfərli - Sputnik Azərbaycan
ABŞ-Çin ticarət müharibəsində sülh olacaqmı - ekspert şərhi

"İki ölkənin liderlərinin Osakadakı görüşündən sonra milyonlarla ton Amerika soyası Çinə göndərilib", - agentliyin yaydığı məlumatda deyilir.

Bildirilir ki, iyulun 19-dan etibarən Çin şirkətləri amerikalı tədarükçülərə soya, pambıq, donuz əti və s. kənd təsərrüfatı mallarının qiyməti üçün sorğu göndərib. Müvafiq şirkətlər Amerika mallarının bu hissəsi üçün ixrac rüsumlarının ləğv edilməsi üçün hökumətə müraciət edib. Tariflər üzrə dövlət şurası qanunvericiliyə uyğun qərar verəcək.

"Bundan sonra da, daxili bazarın tələblərindən çıxış edərək Çin şirkətləri Amerikanın kənd təsərrüfatı malları üçün qiymətlərə görə sorğu göndərəcək. Əgər Amerika kənd təsərrüfatı mallarının qiyməti ağlabatan, keyfiyyəti də yaxşı olsa, o zaman yeni müqavilələr bağlanacaq", - agentlik bildirir.

Xatırladaq ki, Sinxuanın bu məlumatı ticari məsələlər üzrə Çin-ABŞ danışıqlarının növbəti mərhələsi ərəfəsində yayılıb. Danışıqların iyulun 30-31-də Şanxayda keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0