CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zara Azərbaycan dilində mahnı oxumağa hazırdır

Abunə olmaq
Rusiyalı müğənni ikinci dəfə Bakıya gəldiyinə şad olduğunu deyib

BAKI, 27 iyul – Sputnik. Rusiyanın Əməkdar artisti Zara Azərbaycan dilində mahnı oxumağa hazırdır. O, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Zara “Jara” musiqi festivalında iştirak etmək üçün ikinci dəfə Bakıya gəldiyinə şad olduğunu deyib.

“Musiqi dünyasında ilin ən əsas hadisələrindən biri olan “Jara” festivalını buraxa bilməzdim. Bakıda çox qonaqpərvər, gülərüz insanlar var. Burada ümumiyyətlə xüsusi atmosfer yaşanır, Qərb və Şərq bir-birinə qovuşur. Bakı Şərq koloriti olan Avropa şəhəridir” – deyə bildirib.

Bu dəfə o, Azərbaycan mətbəxindən dada bilməyib. Birinci səfəri zamanı isə müxtəlif souslu ət yeməkləri, düşbərə və dolmadan dadıb və indi evində də hazırlayır. Mətbəxdən savayı, onun Azərbaycan musiqisindən də xoşu gəlir.

“Şərq mənim qanımdadır. Mən bu gün Azərbaycan musiqisi ifa edilən yerli radiolardan birinə qoşuldum. Bu radioya məmnuniyyətlə qulaq asdım və hətta səsini də yüksəltdim. Mənə Şərq instrumentalı çox yaxındır. Mən müxtəlif dillərdə mahnı oxuyuram. Azərbaycan dilində də oxumağa hazıram. Amma hələlik dil bilmirəm” – Zara etiraf edib.

Закрытый премьерный показ самой звездной комедии года – Жара! - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ulduzlar hamıdan əvvəl "Jara" filmini izləyiblər

Azərbaycanın Xalq artisti Emin Ağalarovla duetə gəldikdə. Bütün Rusiya estradasının onunla duetə hazır olduğunu dilə gətirib. Onun sözlərinə görə, hər şey Emindən asılıdır.

“Bəlkə mənə də növbə çatacaq” – deyə müğənni vurğulayıb.

"Jara" festivalı iyulun 25-də başlayıb və bazar günü, iyulun 28-də başa çatacaq. Festival "Sea Breeze" kompleksində keçirilir. Festivalın iyulun 25-də baş tutmuş açılışı günü Filipp Kirkorov, Svetlana Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və bir çox digər ifaçılar çıxış edib. İyulun 26-da Qriqori Leps və Stas Mixaylovun, eləcə də "Lube" qrupunun yaradıcılıq gecələri baş tutub. Tamaşaçılar, həmçinin Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və digərlərinin çıxışlarını izləyiblər.
İyulun 27-də isə 1990-cı illərin xit mahnıları ifa olunacaq. Konsertdə "Ruki vverx!" və "Na-Na" qrupları, eləcə də Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digər ifaçıların çıxışları baş tutacaq.

“Jara-2019”: Festivalın qonaqları “Qırmızı xalı”da  - Sputnik Azərbaycan
VİDEO
“Jara-2019”: Festivalın qonaqları “Qırmızı xalı”da

Festivalın son günündə isə Timatinin konserti keçiriləcək. Konsertdə Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və "Black Star" leyblının artistləri tamaşaçıları öz ifaları ilə sevindirəcəklər.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye Radio" radiostansiyasının və "Zolotoy Qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0