CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzaya uğrayan təyyarəmiz gəmi və helokopterlərlə axtarılır - VİDEO

© Sputnik / Murad OrujovГерб Министерства Обороны Азербайджанской Республики
Герб Министерства Обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Axtarışlarda müasir avadanlıqlarla təchiz edilmiş hərbi texnikalardan, mobil komanda idarəetmə mərkəzindən istifadə edilir

BAKI, 27 iyul – Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin axtarışları havadan və dəniz səthində aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, əməliyyat-axtarış tədbirlərinə helikopter, gəmi və qayıqlar cəlb olunub.

Eyni zamanda axtarışlarda müasir avadanlıqlarla təchiz edilmiş hərbi texnikalardan, mobil komanda idarəetmə mərkəzindən istifadə edilir.

Təyyarənin qəzaya uğradığı ehtimal olunan ərazi istiqamətində - Xəzər dənizinin sahilində əməliyyat qərargahı yaradılıb.

Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahda olub. Nazirə əməliyyat-axtarış tədbirlərinin gedişatı barədə məruzə olunub.

Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb.

Xəbər lenti
0