Qərbi Nil virusu Türkiyəyə yaxınlaşdı, ölən var

© AFP 2022 / GUILLAUME SOUVANTTibbi maska taxmış həkim, arxiv şəkli
Tibbi maska taxmış həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Ölkədə xəstəliyin nəzarətə saxlanılması üçün bütün tədbirlər görülüb

BAKI, 27 iyul — Sputnik. Şimali Kiprdə bir nəfər Qərbi Nil virusundan dünyasını dəyişib.

Konqo vətəndaşına Ebolaya qarşı peyvənd vurulur, arxiv şəkli - Sputnik Azərbaycan
Dəhşətli xəstəlik minə yaxın insanı öldürdü

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Kiprin Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gündən etibarən 7 nəfər xəstəlik şübhəsilə xəstəxanada müşahidə altında saxlanılır. Onların qan nümunələri Türkiyəyə göndərilib. Nəticələr cəmiyyətə açıqlanacaq.

Həmçinin bildirilib ki, ölkədə xəstəliyin nəzarətə saxlanılması üçün bütün tədbirlər görülüb.

Xatırladaq ki, qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandada meydana gəlib və daha sonra dünyaya yayılıb. Xəstəliyin gizli müddəti 2-14 gündür. Xəstəliyə yoluxmuş insanların 80 faizində heç bir əlamət müşahidə edilmir.

Xəstəlik zamanı bəzi xəstələrdə yüksək temperatur, baş, kürək ağrıları, qusma və ürək bulanması, yuxusuzluq və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlər ağcaqanad sancdıqdan 2-14 gün sonra meydana gələ bilər. Xəstəlik daha çox 50 yaşından böyük şəxslər üçün təhlükəlidir.

Xəbər lenti
0