BAKI, 27 iyul — Sputnik. İstanbulun 30 rayonunda FETÖ ilə bağlı əməliyyat aparılıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd olunub ki, haqlarında həbs qərarı olan 64 şübhəlidən 47-si ələ keçirilib. Onlardan 44-ü fəaliyyətdə olan polis əməkdaşlarıdır.
İstanbulun Baş Polis İdarəsindən verilən məlumatda isə bildirilir ki, FETÖ ilə bağlı eyni zamanda 30 rayondakı 75 ünvanda axtarışlar, əməliyyatlar təşkil edilib.
FETÖ ilə bağlı əməliyyatlar davam edir.