Tramp hədəfini göstərdi, dost ölkənin prezidentinə “axmaq” dedi

© REUTERS / KEVIN LAMARQUEПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti yenə də “sanksiya” deyə bəyanat verdi

BAKI, 27 iyul — Sputnik. Fransanın ABŞ və digər ölkələrə məxsus bir neçə nəhəng şirkətə əlavə verginin tətbiq edilməsi ilə bağlı parlamentdə təsdiqlədiyi qanun layihəsi Ağ Ev rəhbərinin qəzəbinə səbəb olub.

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla xəbərinə görə, artıq Fransa Prezidenti Emmanuel Makron atdığı bu addıma görə ABŞ Prezidenti Donald Tramp tərəfindən hədəf alınıb.

Zaur Məmmədov - Sputnik Azərbaycan
Politoloq: “Bundan sonra Makron siyasi qərarlarında daha ehtiyyatlı davranacaq”
 Ağ Ev rəhbəri özünün “Twitter”dəki rəsmi hesabında “Makronun axmaqlığına qısa müddətdə cavab verəcəyik” deyə bildirib: “Fransa ABŞ-a məxsus böyük texnologiya məhsullarının satışı ilə məşğul olan şirkətlərə yüksək vergi tətbiq etdi. Amma qısa müddətdə Makronun bu axmaqlığına cavab verəcəyik. Hər zaman demişəm ki, Amerika şərabı fransız şərabından daha yaxşıdır”.

Qeyd edək ki, Fransa parlamenti bu ayın 11-də “Google”, “Apple”, “Facebook”, “Amazon” kimi böyük şirkətlərin ölkədə böyük gəlir əldə etməsinə görə onlara yüksək vergi tətbiq olunması ilə bağlı qanunu təsdiqləyib. Bu qanun layihəsinə görə, adı açıqlanan şirkətlər Fransada əldə etdiyi gəlirlərə görə 3 faiz dərəcəsi ilə vergi ödəməli olacaqlar.

Bu isə o deməkdir ki, yeni qanun layihəsi ümumilikdə vergi dövriyyəsi 750 milyon avro və Fransadakı fəaliyyəti ilə bağlı dövriyyəsi 25 milyon avro olan şirkətlərə şamil ediləcək.

“Google”, “Amazon”, “Facebook”, “Apple”, “Instagram”la yanaşı ümumilikdə 30 belə şirkətə şamil olunacaq yeni qanun layihəsi ilə bu il ərzində Fransaya 400 milyon avro, növbəti il isə 650 milyon avro gəlirin gələcəyi proqnozlaşdırılır.

Xəbər lenti
0