Berlindən Consona sərt mesaj: Sakitləş

© REUTERS / Peter NichollsБорис Джонсон, мэр Лондона
Борис Джонсон, мэр Лондона  - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniya baş naziri Avropada qıcıq yaratmağa başlayıb

BAKI, 27 iyul — Sputnik. Almaniya hökuməti Brexit müddətini sürətləndirmək istəyən Böyük Britaniyanın yeni baş naziri Boris Consona sərt mesaj yollayıb.

Dəməşqdə Suriya bayrağı - Sputnik Azərbaycan
İngiltərə niyyətini açıqladı: Bəşər Əsədi vuracağıq

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Almaniyanın Avropa məsələləri üzrə məsul naziri olan Mixayl Ros bu barədə açıqlama verib. O, Consonu Avropa Birliyi ilə "Brexit" müzakirəsinə həsr olunan görüşlərdən yüksək nəticələr gözləməməyə səsləyib.

Mixayl Ros açıqlamasında belə qeyd edib: “Böyük Britaniyanın yeni baş nazirinə açıq mesajım var. Boris, seçki kampaniyaları artıq başa çatıb, ona görə, gərək sakitləşəsən”.

Bundan başqa, Almaniya hökumətinin sözçüsü Ulrayk Demmer baş nazir Angela Merkel ilə yeni baş nazir arasında "Brexit"lə bağlı danışıqların olduğunu deyərək, onların yaxın zamanlarda bu məsələni Berlində müzakirə edəcəyini də vurğulayıb.

Eyni zamanda, Fransa hökumətinin də Consonla yeni danışıqlara qarşı olduğu bildirilir.

Xəbər lenti
0