Azərbaycanın paytaxtındakı Sea Breeze turizm kompleksində “Jara-2019” beynəlxalq festivalının açılışı olub. Festival 25 iyuldan 28 iyula qədər davam edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə qırmızı xalı üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qlükoza, Qriqoriy Leps, Ani Lorak, Sergey Lazarev, Yana Çurikova, Stiven Siqal, Zülfiyyə Xanbabayeva, Kristina Orbakayte və digər məşhurlar keçiblər.
Açılış günündə Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və digər məşhurlar çıxış edirlər. İyulun 26-da “Lyube” qrupunun 30 illiyinə həsr olunan yaradıcılıq gecəsi başlayacaq. Gecədə “İvanuşki International”, Viktoriya Dayneko, “Fabrika” və “Şəhər 312” qrupları iştirak edəcək. Bundan əlavə, Kirkorov, Alina Apina, Nataşa Korolyova, Mitya Fomin, “Na-na” və digərlərinin çıxışı gözlənilir.
Qriqoriy Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi bir çox ulduzların iştirakı ilə 27 iyulda baş tutacaq. Bazar günü isə festivalın bağlanışı zamanı Ca Halib, Lyoşa Sivak, Tima Belorusskiy, “Black star” çıxış etməlidir.