Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru-yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Dəniz Agentliyindən bildirilib.
Məlumatda qeyd olunur ki, qərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musavi faktı Sputnik Azərbaycan-a təsdiqləyib.
Səfirlik rəsmisi hadisənin təfərrüatı barədə yaxın saatlarda əlavə məlumat veriləcəyini bildirib.