CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Nazir ev növbəsində olan əlillərlə bağlı qərar imzaladı

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidВходная дверь в одной из квартир жилого дома, фото из архива
Входная дверь в одной из квартир жилого дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır

BAKI, 26 iyul — Sputnik. Nazirlər Kabineti "Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası"nı təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 ay müddətində uçota alınmanı həyata keçirən orqana ərizə ilə müraciət edir.

Çernobıl nüvə stansiyasında baş verən fəlakətin fəsadları ilə mebarizə aparanların şərəfinə uçaldılmış abidə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çernobıl əlillərinin mənzil təminatı üçün yeni layihə hazırlanır - EKSKLÜZİV

Ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana aşağıdakı sənədlər təqdim edilir:

- təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;

- təmsilçilik barədə ərizə (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya "ASAN xidmət" Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir);

- əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti.

Uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda, bu barədə qəbzdə müvafiq qeyd aparılır. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan bu barədə təmsilçiyə 1 iş günündən gec olmayaraq yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 iş günü müddətində təmsilçi tərəfindən aradan qaldırılır. Sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. 

Qarabağ müharibəsi əlillərinə Xəzər markalı minik avtomobili hədiyyə olunub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qarabağ müharibəsi əlillərini bahalı hədiyyə ilə sevindirdilər
Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir. Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər əlilliyi olan şəxs uçota alınarkən onun üçün açılmış uçot işinə əlavə edilir.

Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir:

- Sənədlər təqdim edilmədikdə;

- əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Mənzil Məcəlləsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə;

- təmsilçi Mülki Məcəlləyə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə.

Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır.

Xəbər lenti
0