Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Bu gün səhər saatlarında Şabran rayonunda intihar hadisəsi olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Dəvəçikənd sakini, 1974-cü il təvəllüdlü İbadov Müşviq Novruz oğlu yaşadığı evin qarşısındakı ağacdan özünü asıb.
İlkin ehtimala görə, onun intiharına səbəb kimi spirtli içki aludəçisi olması göstərilir. Həmçinin psixoloji durumunun yaxşı olmadığı da qeyd edilir. İbadov Müşviqin bir övladı qalıb.
Hadisə ilə bağlı Şabran Rayon Prakrorluğunda araşdırma aparılır.