CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adını yaxşı bildiyimiz bir neçə limonadın istehsal olunduğu sex bağlandı

© Facebook / Azərbaycan Qida Təhlükəsizliyi AgentliyiЦех производящий безалкогольные напитки без соблюдения санитарных норм
Цех производящий безалкогольные напитки без соблюдения санитарных норм - Sputnik Azərbaycan
Abunə olmaq
Antisanitar şəraitdə fəaliyyət göstərən iki limonad sexinin fəaliyyəti məhdudlaşdırılıb

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aparılan monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən Balakən və Şəmkir rayonlarında fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

© Facebook / Azərbaycan Qida Təhlükəsizliyi AgentliyiAntisanitar şəraitdə fəaliyyət göstərən iki limonad sexinin fəaliyyəti məhdudlaşdırılıb
Adını yaxşı bildiyimiz bir neçə limonadın istehsal olunduğu sex bağlandı - Sputnik Azərbaycan
Antisanitar şəraitdə fəaliyyət göstərən iki limonad sexinin fəaliyyəti məhdudlaşdırılıb

Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Qaysa kəndində yerləşən fiziki şəxs Xoçberov Şaban İbrahim oğluna məxsus sexdə "Alazan" əmtəə nişanlı alkoqolsuz içkilərin, Şəmkir rayonu, Səməd Vurğun küçəsi, ev 5 ünvanında yerləşən fiziki şəxs Məmmədov Yusif Sədi oğluna məxsus sexdə isə "Mimino", "Okey", "Qrand", "Vitoland", "Gold Natura" əmtəə nişanlı alkoqolsuz içkilərin antisanitar şəraitdə istehsal edildiyi məlum olub.

Baxış zamanı sexlərdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Məlum olub ki, istehsalda istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlər görülmür və dövri müayinəsi aparılmır. Eyni zamanda, qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

© Facebook / Azərbaycan Qida Təhlükəsizliyi AgentliyiAntisanitar şəraitdə fəaliyyət göstərən iki limonad sexinin fəaliyyəti məhdudlaşdırılıb
Adını yaxşı bildiyimiz bir neçə limonadın istehsal olunduğu sex bağlandı - Sputnik Azərbaycan
Antisanitar şəraitdə fəaliyyət göstərən iki limonad sexinin fəaliyyəti məhdudlaşdırılıb

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexlərin fəaliyyəti məhdudlaşdırılıb.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Xəbər lenti
0