CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balacaların əyləncə vasitələri nə dərəcədə etibarlıdır? - Bulvarda SON DURUM

© Sputnik / Murad OrujovБакинский приморский бульвар
Бакинский приморский бульвар - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər bulvardakı qurğularda dinamik və statik sınaqlar aparırlar

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Bir neçə həftə öncə Özbəkistanda attraksionların birində qəza baş verdi. Hadisə nəticəsində bir neçə nəfər xəsarət aldı.  Təsadüfi deyil ki, Özbəkistan və digər ölkələrdə baş verən bənzər qəzalar ötən illərdə ölkəmizdə də baş verib. Azərbaycanda bir neçə il öncə Zaqatalada attraksion aşmasını çoxları xatırlayarlar. Təəssüflər olsun ki, bu gün də bəzi parklarda attraksion problemi hələ də qalmaqdadır. Bu hal Bakının mərkəzindən kənarda olan parklar, eyni zamanda da rayonlardakı attraksionların durumu ilə bağlı narahatlıq doğurur.

Змея, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı bulvarında ilan var? - qurumdan açıqlama

Maraqlıdır, Bakı şəhərinin qonaqlarının daha çox üz tutduğu Milli Parkda attraksionların vəziyyəti necədir? Dənizkənarı Milli Parkın mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin ərazidəki attraksion və karusellər texniki təhlükəsizlik baxımından istismara tam yararlıdır. Bildirilib ki, attraksion və karusellərin istismar müddəti standart deyil. İstehsal olunduğu dövlət və zavoddan asılı olaraq dəyişir.

"Hazırda Bakı Bulvarında texniki göstəricilər üzrə istismar müddəti bitmiş qurğu yoxdur. Attraksion və karusellər təyin olunmuş elektrik, mexanik, nəzarətçi operatorlar tərəfindən təlimat üzrə gündəlik yoxlanılır. Vizual texniki baxış keçirilir. Qurğuların saz vəziyyətdə olduğuna əmin olduqdan sonra istirahətə gələnlərin ixtiyarına verilir. Ümumiyyətlə, Dənizkənarı Milli Park ərazisindəki karusel və attraksionlar ildə bir dəfə texniki baxışdan keçirilir", - deyə mətbuat xidmətindən verilən məlumatda əlavə olunub.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi mütəxəssislərinin iştirakı ilə qurğularda dinamik və statik sınaqlar aparılır. Yoxlamadan sonra bir illik xüsusi icazələr verilir.

"Texniki baxış adətən mövsümqabağı keçirilir. Bu il texniki baxış 05.04.2019 tarixində keçirilib. Hər 3 ildən bir isə karusel və attraksionlarda texniki təhlükəsizlik qaydalarına uyğun olaraq ən müasir cihazlar vasitəsilə əsaslı müayinələr aparılır. Qurğular ən xırda detallarınadək yoxlanılır. Növbəti belə müayinə gələn ilin mayında olacaq", - deyə vurğulanıb.

Qadın sürücü - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda istirahət mərkəzində faciə - 3 yaşlı uşaq öldü

Dənizkənarı Milli Parkdan verilən məlumatda həmçinin o da əlavə olunub ki, attraksionlarda qəza və bədbəxt hadisələrin qarşısını almaq məqsədilə mütəxəssislər tərəfindən qabaqlayıcı tədbirlər görülür. Mütəmadi olaraq texniki heyət üçün FHN-in mütəxəssisləri ilə birgə kurslar, treninqlər təşkil olunur.

"Aidiyyəti texniki işçilər, mühəndislər tərəfindən vaxtaşırı aparılan səmərəli işlərin nəticəsi olaraq il ərzində heç bir qəza və bədbəxt hadisə qeydə alınmayıb. Onu da qeyd edək ki, istismar müddətini başa vurmuş, texniki təhlükəsizlik qaydalarına cavab verməyən attraksion və qurğular mövcud norma və qaydaların tələbinə uyğun olaraq Milli Parkın ərazisindən çıxarılır".

Xəbər lenti
0