Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Rusiyanın əməkdar artisti Anita Tsoyu Bakıda keçirilən "Jara" festivalından təcili yardım maşını ilə aparıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, populyar müğənni həmkarı Qriqori Lepsin yaradıcılıq gecəsində səhnəyə çıxmağa hazırlaşan zaman xəsarət alıb. Səhnə arxasında bildiriblər ki, Tsoy yıxılaraq ayağını zədələyib.
"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.