CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qobu"da ölüm hadisəsi baş verib

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, meyit dünən axşam saatlarında həmin fermadakı digər çoban Rövşən Salahov tərəfindən aşkar edilib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. İmişli rayonun Oruclu kəndində Məcid adlı şəxsə məxsus fermanın ərazisində "Qobu" adlanan göldə fermada çoban kimi çalışan Əliyev Loğman Nəsib oğlunun meyiti tapılıb.

Bu barədə Sputnik Azərbaycan-a İmişli Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, meyit dünən axşam saatlarında həmin fermadakı digər çoban Rövşən Salahov tərəfindən aşkar edilib.

Müəyyən olunub ki, Loğman Əliyev dünən 16.00 –da özünə məxsus atla evdən çıxıb və 45 dəqiqə sonra onun və atın cəsədi "Qobu" gölündə aşkarlanıb və ərazidə suçu işləyən Mahmud Behbudov tərəfindən göldən çıxarılıb.

Məlumat əsasında İmişli Rayon Prokurorluğu tərəfindən İmişli Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə hadisə yerinə baxış keçirilib, meyitin xarici və daxili müayinəsi aparılıb. Ölümün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə tibbi ekspertiza təyin olunub.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0