Ermənistan parlamentinin sabiq sədri Sarqsyanın partiyasından çıxır

© Sputnik / Asatur YesayantsАра Баблоян
Ара Баблоян - Sputnik Azərbaycan
Abunə olmaq
O, 1991-1997-ci illərdə Ermənistanın səhiyyə naziri postunu tutub

BAKI, 26 iyul — Sputnik. Ermənistan parlamentinin sabiq sədri Ara Babloyan ölkənin sabiq prezidentinin rəhbərlik etdiyi Respublikaçı partiyasının sıralarından çıxmaq barədə ərizə yazıb. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bu barədə "Jovohurd" nəşri məlumat yayıb.

Nəşr yazır ki, Babloyan bundan sonra siyasi fəaliyyətdən uzaqlaşır və yalnız tibblə məşğul olacaq.

Qeyd edək ki, Babloyan məşhur uşaq həkimidir. O, 1991-1997-ci illərdə Ermənistanın səhiyyə naziri postunu tutub.

Nəşr qeyd edib ki, məlumatı Babloyanla dəqiqləşdirmək istəsə də, onunla əlaqə saxlaya bilməyib.

Xəbər lenti
0