CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadağan edilən reyslər bərpa olunur

© Sputnik / Irade JELILYaranmış vəziyyətdən ən çox sürücülər narazıdır
Yaranmış vəziyyətdən ən çox sürücülər narazıdır - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaxınlarda sərnişinləri sevindirəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Sərnişin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq 2010-cu ilin may ayının 6-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Artıq 9 ildir ki, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub. Yaxın gələcəkdə isə gecə saatlarında avtobusların regionlara doğru hərəkətinin bərpa olunması gözlənilir. 

Bakı beynəlxalq avtovağzalı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına birbaşa quru sərhəd olmadığına görə, reyslər beynəlxalq reyslər kimi keçirilir. Beynəlxalq reyslərdə isə hazırda da gecə reysləri mövcuddur: "İlin əvvəlində Naxçıvan əhalisinin istəyini nəzərə alaraq, Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysini açmışıq. Hazırda isə növbəti gecə reyslərinin respublikanın digər şəhərlərarası marşrut xətlərində də bərpa edilməsi ilə bağlı işlər gedir".

DANX rəsmisi bildirib ki, artıq bununla bağlı hökumətə müraciət olunub:"Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Respublika Komissiyasının da müvafiq tövsiyələri nəzərə alınmaqla gecə reyslərinin yaxın gələcəkdə intensiv olan şəhər və qəsəbələrə fəaliyyəti bərpa edilə bilər".

Xəbər lenti
0