BAKI, 25 iyul — Sputnik. Rusiya xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına qarşı viza tətbiqini ləğv edib.
Sputnik Azərbaycan "Habertürk"-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Türkiyə Rusiyaya məxsus "Su-24" təyyarəsini bu ölkənin hava sərhədini pozduğuna görə vurub. Bu hadisədən sonra Rusiya Türkiyəyə qarşı bir sıra sanksiya tətbiq etmişdi. Onlar arasında xüsusi və xidməti pasportu olanlara viza rejiminin tətbiq edilməsi də var idi.
Qeyd edək ki, bu gün Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib. Sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər.