Paşinyanın ailəsini bundan sonra polis qoruyacaq – Qisas qorxusu

© Sputnik / Janna PoghosyanРодители премьер-министра Армении - Ерджаник Чибухчян и Вова Пашинян
Родители премьер-министра Армении - Ерджаник Чибухчян и Вова Пашинян - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumətdən narazı olan icevanlılar baş nazirin valideynlərindən qisas ala bilərlər.

BAKI, 25 iyul — Sputnik. Ermənistan Polisi İcevan rayonunda ölkənin baş naziri Nikol Paşinyanın valideynlərinin yaşadığı evin yaxınlığında post qurub. Bu barədə Sputnik Ermənistan "Jamanak" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, belə bir qərar İcevanda baş verən qarşıdurmalardan sonra qəbul edilib.

Hüquq-mühafizə orqanları ehtiyat edirlər ki, hökumətdən narazı olan icevanlılar baş nazirin valideynlərindən qisas ala bilərlər.

Xatırladaq ki, iyulun 17-də Ermənistanın İcevan rayonunda taxta sexlərinin əməkdaşları Gürcüstana gedən dövlət əhəmiyyətli yolu bağlayıblar.

© Sputnik / Janna PoghosyanNikol Paşinyanın valideynlərinin yaşadığı ev
Paşinyanın ailəsini bundan sonra polis qoruyacaq – Qisas qorxusu - Sputnik Azərbaycan
Nikol Paşinyanın valideynlərinin yaşadığı ev

Aksiya iştirakçıları əvvəllər olduğu kimi meşədə ağac kəsməyə icazə verilməsini tələb ediblər. Polis onları yoldan kənarlaşdırmaq istəyib, lakin etirazçılar hüquq-mühafizə orqanları əməkdaşlarını daş-qalaq ediblər. Nəticədə ondan çox polisə xəsarət yetirilib.

Qarşıdurma zamanı 13 nəfər şəxs saxlanılıb, daha 6 nəfərin isə rayon ərazisindən çıxmasının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Ermənistan Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan səlahiyyətlərindən yenə imtina etdi

Polisə qarşı zorakılıq və xuliqanlıq maddələri üzrə cinayət işi başladılıb. Cinayət işi Ermənistan İstintaq Komitəsinin xüsusi ilə vacib işlər idarəsi tərəfindən aparılır.

Məsələyə Ermənistan Baş Naziri Nikol Paşinyan da münasibət bildirib. O, vurğulayıb ki, meşələrdə qanunsuz ağac kəsiminin qarşısı qətiyyətlə alınacaq.

"Baş verən insidentin bütün günahkarları, həmçinin təşkilatçıları sərt şəkildə cəzalandırılacaqlar", - deyə Paşinyan qeyd edib.

Ermənistan Polisinin rəisi Valeri Osipyan Tavuş vilayətində baş verənləri şəxsən nəzarətə götürüb. O, vurğulayıb ki, əgər ehtiyac yaranarsa, fiziki güc və xüsusi texnika da tətbiq edilə bilər.

Osipyan qeyd edib ki, dövlət sərhədində xidmət aparan polis qoşunları göstərdi ki, ehtiyac yaranacağı təqdirdə İcevan da daxil olmaqla bütün ölkə ərazisində ictimai asayişi təmin edə bilər.

Xəbər lenti
0