Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 25 iyul — Sputnik. Qusar rayonunun Caqar kənd sakini, 61 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu cari ilin iyun ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilib.
Nəriman Ərzimanovun əlamətləri belədir: boyu 162 sm, yumru sifətli, qəhvəyi qısa saçlı, gözlərinin rəngi qonur, dolu bədən quruluşlu, hər iki qolu əyridir.
N.Ərzimanov əqli cəhətdən qüsurludur. Evdən çıxan zaman onun əynində qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.