Ölkədəki doğum statistikası narahatlıq doğurmaya bilməz

© AP Photo / Seth WenigYeni doğulan körpələr, arxiv şəkli
Yeni doğulan körpələr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın yalnız üç rayonunda qızların sayı oğlanlarla müqayisədə üstündür

BAKI, 25 iyul — Sputnik. Ötən il Azərbaycanda doğulanların sayı 138 min 982 olub ki, onun da 64 min 758-i qızlar, 74 min 224-ü isə oğlanlar təşkil edib. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, təxminən 10 il öncə, yəni 2008-ci ildə doğulanların ümumi sayı 152 min 86 olub ki, onun da 81 min 808-i kişilər, 70 min 278-i isə qadınlar təşkil edib. Göründüyü kimi 10 il öncə ilə müqayisədə Azərbaycanda qız uşaqlarının sayında müəyyən qədər də olsa azalmalar gözə çarpır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanın yalnız üç rayonunda qızların sayı oğlanlarla müqayisədə üstün olub. Belə ki, ötən il ərzində Qaxda doğulan qız uşaqlarının sayı 371, oğlan uşaqlarının sayı isə 369 olub. Siyəzəndə doğulan qız uşaqlarının sayı 297, oğlan uşaqlarının sayı isə 295 olub. Culfada doğulan qız uşaqlarının sayı 278, oğlan uşaqlarının sayı isə 272 olub. Naftalan rayonunda doğulan oğlan və qız uşaqlarının sayı isə bərabər, 63 olub. Yevlaxda da doğumlarda cinslər üzrə rəqəmlər bərabər, 1006 olub.

Oğuz və Füzuli rayonlarında doğulan qız və oğlan uşaqlarının sayında isə o qədər də ciddi fərq olmayıb. Belə ki, Oğuzda doğulan qızların sayı 301, oğlanların sayı isə 309 olub. Fizuli rayonunda isə doğulan qızların sayı 1007, oğlanların sayı isə 1014 olub.

Bundan başqa, hansı bölgələrdə qız uşaqlarının sayının oğlan uşaqlarının sayından ciddi fərqlənməsi ilə bağlı rəqəmləri araşdırmağa çalışdıq.

Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində Gəncədə doğulan qızların sayı 1488, oğlanların sayı isə 1805 olub. Gəncə şəhərinə daxil olan Nizami rayonunda qızların sayı 673, oğlanların sayı isə 816 olub. Qazax rayonunda ötən il doğulan qız uşaqlarının sayı 635, oğlan uşaqlarının sayı isə 813 olub. Tovuzda doğulan qız uşaqlarının sayı 1241, oğlan uşaqlarının sayı isə 1459 olub. Şəmkirdə də rəqəmlər arasında xeyli fərq görünür. Belə ki, təkcə ötən il ərzində Şəmkirdə doğulan qız uşaqlarının sayı 1482, oğlan uşaqlarının sayı isə 1811 olub. Gədəbəydə isə doğulan qızların sayı 599, oğlan uşaqlarının sayı isə 746 olub. Daşkəsəndə isə ötən il ərzində doğulan qız uşaqlarının sayı 189, oğlan uşaqlarının sayı isə 269 olub. Naftalanda rəqəmlər bərabər, 63 olub. Balakəndə doğulan qız uşaqlarının sayı 594, oğlan uşaqlarının sayı isə 736 olub.

Biləsuvar rayonunda doğulan qızların sayı 490, oğlanların sayı isə bundan az qala iki dəfə çox, 847 olub. Salyanda doğulan qız uşaqlarının sayı 1027, oğlan uşaqlarının sayı isə 1213 olub.

Lənkəranda isə ötən il doğulan qız uşaqlarının sayı 1 363, oğlan uşaqlarının sayı isə 1 650 olub. Masallıda qız uşaqları üzrə bu rəqəm 1 449, oğlan uşaqları üzrə isə 1 724 olub. Cəlilabadda doğulan qız uşaqlarının sayı 1844, oğlan uşaqlarının sayı isə 2 min 153 olub. Qubada ötən il ərzində doğulan qız uşaqlarının sayı 1 279, oğlan uşaqlarının sayı isə 1 474 olub. Beyləqanda doğulan qız uşaqlarının sayı 664, oğlan uşaqlarının sayı isə 881 olub. Ağcabədi rayonunda doğulan qız uşaqlarının sayı 816, oğlan uşaqlarının sayı isə 1 050 olub. Salyanda ötən il ərzində doğulan qız uşaqlarının sayı 1 027, oğlan uşaqlarının sayı isə 1 213 olub. Şirvanda doğulan qız uşaqlarının sayı 468, oğlan uşaqlarının sayı isə 624 olub. Ötən il ərzində Ağdam üzrə doğulan qız uşaqlarının sayı 1372, oğlan uşaqlarının sayı isə 1672 olub. Xocalı rayonu üzrə doğulan qız uşaqlarının sayı 99, oğlanların sayı isə 140 olub.

Ağsuda doğulan qızların sayı 563, oğlanların sayı isə 707 olub. Şamaxıda isə ötən il ərzində doğulan qız uşaqlarının sayı 797, oğlanların sayı isə 966 olub.

Ən az doğum isə Xankəndi üzrə qeydə alınıb. Burada ötən il ərzində doğulan qızların sayı 30, oğlanların sayı isə 41 olub.

Bölgələr üzrə ümumi statistikalara nəzər yetirdikdə isə, qeyd edə bilərik ki, təkcə ötən il ərzində ümumilikdə Gəncə-Qazax iqtisadi rayonu üzrə doğulan qız uşaqlarının sayı 7 min 800, oğlan uşaqlarının sayı isə 9 min 409 olub. Şəki-Zaqatala iqtisadi rayonu üzrə doğulan qız uşaqlarının sayı 4 min 180, oğlan uşaqlarının sayı isə 4 min 493 olub. Lənkəran rayonu üzrə doğulan qız uşaqlarının sayı 6 min 595, oğlan uşaqlarının sayı isə 7 min 837 olub. Quba-Xaçmaz iqtisadi rayonunda qızların sayı 3 min 931, oğlan uşaqlarının sayı isə 4 min 511 olub. Aran iqtisadi rayonu üzrə doğulan qızların sayı 14 min 392, oğlanların sayı isə 16 min 565 olub. Yuxarı Qarabağ iqtisadi rayonu üzrə doğulan qız uşaqlarının sayı 3 min 864, oğlan uşaqlarının sayı 4 min 437 olub. Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə doğulan qız uşaqlarının sayı 1 652, oğlan uşaqlarının sayı isə 1 min 930 olub. Dağlıq Şirvan iqtisadi rayonu üzrə doğulan qız uşaqlarının sayı 2 min 351, oğlan uşaqlarının sayı isə 2 min 823 olub. Naxçıvan Muxtar Respublikası ərazisində doğulan qız uşaqlarının sayı 2 min 510, oğlan uşaqlarının sayı isə 2 min 795 olub.

Göründüyü kimi 10 ilcə ilə müqayisədə rəqəmlərdə azalma var. Bəs, bunun qarşısının alınması üçün nələr edilməlidir?

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın Sputnik Azərbaycan-a açıqlamasında rəqəmlərin azalmasına təsir edən sterotiplərdən danışıb: "Son illərdə də qız və oğlan uşaqları arasında nisbətin pozulması halı müşahidə olunur. Biz doğuşlarda oğlanların sayının çoxalmasının, qızların sayının isə azalmasının şahidi oluruq. Bu istiqamətdə olan problemləri aradan qaldırmaq üçün Komitə olaraq 2012-ci ildə bir təhlil apardıq və atılacaq addımlar müəyyənləşdi. Beləliklə, 2014-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olundu. Tədbirlər planı çərçivəsində maarifləndirmə işlərinin aparılması prioritet məsələ kimi qarşıya qoyuldu. Əsas məqsəd daşlaşmış düşüncələri, yanlış təsəvvürləri məhv etməkdir. Bu daşlaşmış fikirlərə "oğul ailə üçün çox vacibdir, o nəslin davamçısıdır", kimi düşüncələr də daxildir. Cinsi ayrıseçkiliyi, bu cür sterotipləri aradan qaldırmaq lazımdır. Sadəcə olaraq, övladı savadlı və təhsilli böyütmək vacibdir".

"Artıq apardığımız maarifləndirmə işlərinin təsirləri görünür. Çünki biz bu işi yalnız qadınlar arasında deyil, eləcə də kişilər arasında da aparırıq", - deyə A.Veysəlova əlavə edib.

Xəbər lenti
0