Son illərdə dövlət tərəfindən tikinti və daşınmaz əmlakın idarə olunması sahəsində xeyli islahat həyata keçirilib, müvafiq sərəncamlar verilib və normativ aktlar qəbul olunub.
Bunlarla yanaşı, daşınmaz əmlak sahəsində bir sıra qeyri-müəyyənliklər mövcuddur. Bir yandan ləğvi məsələsi gündəmdən düşməyən JEK-ləri (Mənzil-Kommunal İstismar Sahələri) kimin əvəz edəcəyi sual altındadır, digər yandan da yeni tikilən binaların qeyri-effektiv idarəetməsi problemi mövcuddur. Yeni yaşayış binalarının əksəriyyətinin sakinləri xidmətlər və onun keyfiyyəti ilə müqayisədə qiymətlərin çox baha olduğu qənaətindədir.
30 iyul saat 12:00-da "Sputnik Azərbaycan" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçiriləcək Dəyirmi Masada ölkəmizin daşınmaz əmlakla bağlı problemləri müzakirə olunacaq. Tədbirdə ARB telekanalında yayımlanan "Əmlak vaxtı" layihəsinin rəhbəri Elnur Fərzəliyev, Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi, iqtisadçı-ekspert Samir Əliyev, Azərbaycan Rieltorlar İttifaqının sədri Elnur Azadov və başqaları iştirak edəcək.
Əlavə məlumat üçün müraciət edə bilərsiz:
E-mail: i.velizade@rian.ru
Telefonlar: 404-13-84/85
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).