CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təzadlar: hava "üzünü turşudur", əhali istidən bişir

© Sputnik / Murad OrujovВесна в Азербайджане
Весна в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 26-sı üçün hava proqnozu açıqlanıb

BAKI, 25 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 29-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Agentlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəldikdə isə iyulun 26-da əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0