SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Britaniyanın yeni Baş naziri haqda: "Brexit" davam edəcək

© Sputnik / Murad Orujov"Trend" İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev
Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, Böyük Britaniyanın daxili və xarici siyasətində çox mühüm dəyişikliklər olmayacaq
Arzu Nağıyev: Böyük Britaniya öz kursundan geri çəkilməyəcək

"Boris Consonun qələbəsi gözlənilən idi və bu, Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı keçiriləcək "Brexit"i qüvvədən salmır – bu proses davam edəcək". Bunu Sputnik Azərbaycan-a politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan Böyük Britaniya öz götürdüyü kursdan geri çəkilən deyil: "Regional məsələlərə gəldikdə isə, Böyük Britaniyanın daxili və xarici siyasətində çox mühüm və gözəçarpan dəyişikliklər olmayacaq".

Qeyd edək ki, Böyük Britaniyanın sabiq Xarici İşlər naziri Boris Conson Mühafizəkarlar Partiyasının rəhbəri və ölkənin Baş naziri seçilib. O, 92 min səslə qalib olub, onun rəqibi, Daxili İşlər naziri Ceremi Hant isə 47 min səslə seçkiləri uduzub.

Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz.

Xəbər lenti
0