Dünyanın ən bahalı "Instagram" reklamçısı məlum oldu

© Sputnik / Наталья Селиверстова / Mediabanka keçidИконка социальной сети Instagram на экране ноутбука
Иконка социальной сети Instagram на экране ноутбука - Sputnik Azərbaycan
Abunə olmaq
İkinci pillədə 722 min dollarla braziliyalı Neymar, üçüncü pillədə 648 min dollarla argentinalı forvard Lionel Messi qərarlaşıb

BAKI, 25 iyul — Sputnik. "Hopper" portalı "Instagram"da ən bahalı reklama sahib idmançıların reytinqini dərc edib.

Sputnik Azərbaycan "Dailymail" nəşrinə istinadən xəbər verir ki, siyahının ilk pilləsində Portuqaliya millisinin və "Yuventus"un ulduz futbolçusu Kriştianu Ronaldo qərarlaşıb. Onun hesabında reklam postu paylaşmaq 975 min dollar dəyərindədir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Cristiano Ronaldo (@cristiano)

İkinci pillədə 722 min dollarla braziliyalı Neymar, üçüncü pillədə 648 min dollarla argentinalı forvard Lionel Messi qərarlaşıb.

İlk onluqda İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem (357 min dollar, 4-cü yer), Braziliya millisinin sabiq oyunçusu Ronaldinyo (256 min dollar, 6-cı), Uels yığmasının və "Real"ın hücumçusu Qaret Beyl (218 min dollar, 7-ci), "Los Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç (200 min dollar, 8 və 9-cu), Uruqvay millisinin və "Barselona"nın futbolçusu Luis Suares (184 min dollar, 10-cu) yer alıb.

Xəbər lenti
0