CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daimi yaşamaq icazəsi alanlara şad xəbər - YENİLİK

Abunə olmaq
Bundan sonra 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan şəxslər Azərbaycan dilinin biliyi ilə bağlı komissiyadan keçməkdən azaddırlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın irəli sürdüyü bir təklif də artıq miqrasiya qanunvericiliyində əksini tapıb. Bu barədə Sputnik Azərbaycan-a miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov məlumat verib.

A. Allahverənov bildirib ki, indiyədək Azərbaycanda daimi yaşamaq üçün icazənin verilməsi zamanı dil biliyi ilə bağlı güzəşt nəzərdə tutulmamışdı. Yeni qanunla isə müəyyən kateqoriyaya aid şəxslərə dil biliyi ilə bağlı güzəşt olunacaq. Onlar dil biliyi üçün müvafiq komissiyadan keçməyəcəklər:

"Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul il tarixli "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq Miqrasiya Məcəlləsinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müəyyən edilməsi ilə əlaqədar müddəanı özündə əks etdirən 54.5-ci maddəyə yeni bir cümlə də əlavə edildi. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə, eləcə də vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. İctimai Şuraya bu məsələ ilə bağlı edilən çoxsaylı müraciətlərin müsbət şəkildə təmin olunması üçün yeni hüquqi əsaslar yarandı. Bundan sonra 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan şəxslər Azərbaycan dilinin biliyi ilə bağlı komissiyadan keçməkdən azaddırlar".

Xəbər lenti
0