CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özəl təhsil müəssisənizi qeydiyyatdan keçirmək istəyirsizsə, bu qədər ödəməlisiz

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Özəl təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün nəzərdə tutulan rüsumlar təsdiqlənib

BAKI, 24 iyul - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəyişiklik özəl təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün rüsumları nəzərdə tutur.

Qanuna əlavə edilən edilən 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.

Xəbər lenti
0