CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kartla ödədiyiniz vəsaitin 15 faizini geri ala bilərsiniz

© pixabay / Ahmad ArdityОплата картой
Оплата картой - Sputnik Azərbaycan
Abunə olmaq
Barkod, yoxsa çek – Vergilər Nazirliyi qanunun tələblərini açıqladı

BAKI, 24 iyul — Sputnik. "Ticarət obyektlərində alqı-satqı zamanı kassa çeklərinin vurulması dövlətin, eləcə də hər bir vətəndaşın maraqlarını ifadə edir və bu məsələdə vətəndaşlardan ciddi fəallıq tələb olunur".

Депутатом Милли Меджлиса Зияд Самедзаде - Sputnik Azərbaycan
"Lombardların büdcəyə ödəyəcəyi vergilər artacaq"

Sputnik Azərbaycan Vergilər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, məsələnin digər tərəfi ticarət şəbəkələrində, ictimai iaşə obyektlərində müştərilərə təqdim olunan çeklərin kassa çeki olub-olmaması ilə bağlıdır. Bir çox iri ticarət şəbəkələri, restoran və kafelər alıcılara kassa çeki əvəzinə "barkod" təqdim edirlər.

Məlumata görə, ticarət və ictimai iaşə obyektlərində nağd alış-verişlərin rəsmiləşdirilməsinin yeganə vasitəsi olan kassa çekləri ilk növbədə vətəndaşların hüquqlarının təmin olunması üçün əsas verir. Əgər alıcılar aldıqları maldan və ya xidmətdən narazı qalarlarsa, hüquqlarının bərpası üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu zaman onlara yalnız kassa çekləri yardım edə bilər. Alıcılara çek adı ilə təqdim edilən "barkod"ların isə heç bir hüquqi əsası yoxdur. Bəs onları kassa çekindən neçə fərqləndirmək olar?

Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirməlidirlər. Məcəllənin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

• vergi ödəyicisinin adı;

• VÖEN-i;

• çekin vurulması tarixi və saatı;

• təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

• malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

• gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

• nəzarət-kassa aparatının markası və zavod nömrəsi;

• nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);

Касса в магазине, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Yeni kassa aparatları gəlir – İlk “qurban” böyük marketlərdir

• malın sürətli məlumat kodu (Quick Response Code).

Bir çox ticarət şəbəkələrində alıcılara təqdim edilən "barkod"larda isə yalnız müəssisənin adı, alınan malların siyahısı və vurulma tarixi göstərilir. Malları geri qaytarmaq istədikdə və ya digər başqa narazılıqlar olduqda isə həmin kağızlar işə yaramır.

Digər tərəfdən, kassa çeklərinin üzərində alıcıların ödədiyi ƏDV məbləğləri də göstərilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, vətəndaşlar yaxın gələcəkdə ticarət obyetklərində alış-veriş zamanı nağd qaydada ödədikləri ƏDV-nin 10 faizini, nağdsız, yəni kartlarla ödədikdə isə 15 faizini geri ala biləcəklər. Bu proses başlayarkən, kassa çeklərinin tələb edilməsi xüsusilə aktual olacaq.

Xəbər lenti
0