BAKI, 24 iyul — Sputnik. Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətlərdən 6-sı kiçik travmalarla əlaqəli olduğundan, həkimlər idmançılara yerindəcə yardım ediblər.
Məlumata görə, 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona yardım edildikdən sonra xəstəxanadan buraxılıb.