BAKI, 24 iyul — Sputnik. Bu gün saat 10:00-dan etibarən Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" istehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində “Qarasu” qaz paylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq. Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10.00-dan Ucar rayonunda 6 kənd, Zərdab rayonunda bir qəsəbə və 16 kənd, o cümlədən Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.
Qeyd edək ki, bu gün saat 15:00-dan təbii qazın verilişi bərpa olunacaq.