BAKI, 24 iyul — Sputnik. Azərbaycanın Xalq artisti Mələkxanım Əyyubova arxiv fotolarını yayımlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, xanəndə illər öncə çəkilən şəkillərini öz "Instagram" səhifəsində paylaşıb. Muğam ifaçısı "Bu şəkillər mənə sənətə gəldiyim ilk günləri xatırlatdı. Xoşbəxt sənətçiyəm ki, sevənlərimin sayı bugünkü günə qədər artdı, azalmadı" paylaşımına əlavə edib.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, sevilən sənətkar Mələkxanım Əyyubova ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belarus, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. kimi ölkələrdə konsert proqramları ilə çıxış edib. 10 ildən artıqdır Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dərs deyir. "Muğam sənətinin inkişafında dövlət qayğısı" adlı mövzunu müdafiə edərək elə həmin universitetin professoru adına layiq görülüb.