Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tramp dollara görə qorxdu və müharibə elan etdi

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidСимвол американского доллара, фото из архива
Символ американского доллара, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp dolları qorumaq üçün müharibə elan etdi

BAKI, 24 iyul — Sputnik. Kriptovalyutalara maraq səngimək bilmir. Vəziyyət elə bir səviyyəyə çatıb ki, kriptovalyuta biznesinə artıq "Facebook" şirkəti də qoşulub. Lakin görünür, siyasətçilər bitkoin, "Libra" və bu kimi digər kriptovalyutaları nəinki dəstəkləmək fikrində deyillər, hətta onlara qarşı müharibə elan etməyə hazırlaşırlar.

Стенд Facebook в одной из выставочных зон CryptoEvent RIW - Sputnik Azərbaycan
"Libra" qlobal valyutaya çevrilə bilər, bir şərtlə ki...

Sputnik Azərbaycan-ın məlumatına görə, RİA Novosti-nin şərhçisi İvan Danilov mövzu ilə bağlı məqaləsində bildirir ki, ideoloji yönümündən asılı olmayaraq bütün siyasətçilər kriptovalyutaları dövlətlərə və milli valyutalara, o cümlədən Amerika dollarına təklülə kimi qiymətləndirirlər.

Müəllif Donald Trampın "sevimli informasiya silahı" olan rəsmi "Twitter" səhifəsindən "iqtisadi reallığı manipulyasiya aləti" kimi istifadə etdiyini bildirərək, ABŞ prezidentinin bir müddət öncə kriptovalyutalar haqqında paylaşdığı tənqidlə dolu tvitini sitat gətirib. Qeyd edək ki, Tramp kriptovalyutalara dair aşağıdakıları yazıb:

"Mən bitkoin və digər kriptovalyutaların tərəfdarı deyiləm; onlar pul deyil və onların dəyəri dəyişkəndir, havadan asılı vəziyyətdədir... Tənzimlənməyən kriptoaktivlər qanunsuz hərəkətlər, o cümlədən narkotik vasitələrin ticarəti və digər qanundankənar fəaliyyət üçün münbit şərait yaradır. Elə "Facebook" şirkətinin "Libra" adlı "virtual valyutası"nın da reputasiyası və ya etibarlılığı aşağı olacaq. Əgər "Facebook" və digər şirkətlər bank olmaq istəyirlərsə, onlar digər banklar kimi yeni bank lisenziyası almalı və ümumi bank qanunvericiliyinin obyektinə çevrilməlidir. ABŞ-da bizim yeganə həqiqi valyutamız var və o, daha əvvəl olmadığı qədər güclü, stabil və etibarlıdır. O, dünyada ən dominant valyutadır və həmişə də belə olaraq qalacaq. Onun adı isə Birləşmiş Ştatlar dollarıdır!"

Müəllif bildirir ki, ABŞ prezidentinin bu tvitindən sonra bitkoinin dəyəri aşağı düşüb.

"Bu baxımdan hələ ki, ən azından, hesab etmək olar ki, Tramp bitkoinin dəyərinə neftin dəyərindən daha asan təsir edə bilir", - Danilov qeyd edir.

Facebook - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Facebook”un kriptovalyutası gəlir: Təhlükəmi, yoxsa xeyirmi

Məqalədə həmçinin bildirilir ki, bu yaxınlarda ABŞ maliyyə naziri qeyri-adi addım ataraq "Libra" ilə bağlı ehtiyatlandığını deyib, belə ki, onun fikrincə, bu kriptovalyuta qanundankənar fəaliyyətdə istifadə oluna bilər. Buna görə də "Facebook" hələ ki "Libra"nı dövriyyəyə buraxmayacaq, çünki nazirin bu bəyanatından sonra ortaya çıxmış bir sıra normativ məsələlər həll edilməlidir.

Müəllifin fikrincə, kriptovalyutalara qarşı tənqidi yanaşma texnofobiya və ya kriptovalyutanın nə olduğunun başa düşülməməsi ilə bağlı deyil.

"Əksinə, öz suverenliyinin (o cümlədən iqtisadi suverenliyinin) qayğısına qalan hər bir dövlət özünün tənzimləmədiyi "paralel valyutalar"ın ölkə ərazisində dövriyyəsinin qarşısını almağa çalışacaq", - Danilov bildirir.

Müəllif onu da qeyd edir ki, çətin ki, yaxın günlərdə kriptoaktivlər real maliyyə alətinə çevrilərək, istiqrazlar, qızıl və valyutalarla rəqabət apara biləcək.

Xəbər lenti
0