Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazirlik rəsmisi bahalığın səbəbini izah etdi

© AFP 2024 / AHMAD AL-RUBAYEYemiş, arxiv şəkli
Yemiş, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hüseynov: "Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər"

BAKI, 24 iyul — Sputnik. "Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir". Bu məlumatı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Facebook sosial şəbəkəsindəki hesabında paylaşıb.

O, bildirib ki, möhtəkirlər fermerdən bir kiloqramı 10 qəpiyə aldıqları yemişi paytaxtda 25 qəpikdən satdıqlarını deyərək, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb edirlər: "Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür. Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər. Bu fotonu Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkmişəm. Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Fermerin əməyinə yazıq!"

Xəbər lenti
0