CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda miqrasiya ilə bağlı yeni tələblər qüvvəyə mindi

© Sputnik / Anar MustafayevПодписание договора страхования
Подписание договора страхования - Sputnik Azərbaycan
Abunə olmaq
Daimi yaşama icazəsi verilərkən şəxsin ölkədə son 2 il fasiləsiz yaşaması tələbi müəyyən edilir

 

BAKI, 24 iyul — Sputnik. Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun bu gündən qüvvəyə minir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Facebook" sosial şəbəkəsindəki hesabında məlumat yayıb. O, bildirib ki, müvəqqəti olma müddətinin (viza müddəti və ya vizasız qaydada 90 günlük müddət) uzadılması üçün əsas olan hallar artırılır: "Belə ki, əcnəbi şəxsin olma müddətinin uzadılması artıq onun yaxın ailə üzvlərinə də şamil edilir. Daha bir dəyişikliyə görə, yaşama və iş icazələrinin alınması ilə bağlı müraciətlərə qısa müddətdə baxılması üçün yeni imkanlar təmin edilir. Nümunə üçün, iş icazələri 12 günə, daimi yaşama icazələri 35 günə.  Sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onların daimi yaşama icazələrinin ləğv edilməsi qaydası dəyişir. Bu şəxslərə və ölkə iqtisadiyyatına 500 min manat məbləğdə investisiya yatıran şəxslərə artıq bu tələb şamil edilmir. Daimi yaşama icazəsi verilərkən şəxsin ölkədə son 2 il fasiləsiz yaşaması tələbi müəyyən edilir. Yaşama icazələri ilə bağlı vəsiqələrin müəyyən edilmiş müddətdən sonra 30 gün ərzində götürülmədiyi təqdirdə bu icazələr ləğv edilir".

Xidmət rəisi əlavə edib ki, dəyişikliklər barədə ətraflı məlumatlar Miqrasiya Xidmətinin elektron resurslarında və qəbul şöbələrində yer alacaqdır: "Yeni qaydaların tətbiqi ilə bağlı hər hansı qeyri-müəyyənlik və ya suallar olarsa, Miqrasiya Xidmətinə, əməkdaşlarımıza müraciət edə və ya səhifəyə yaza bilərsiniz".

Xəbər lenti
0