Ankarada diplomatın güllələnməsinin bəzi detalları məlum olub

CC BY 2.0 / Peter Anderson / adiósПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə diplomatın oğlunun gözü qarşısında baş verib

BAKI, 24 iyul - Sputnik. Ankaranın Çankaya bölgəsində belaruslu diplomatın güllələnməsi faktının bəzi detalları məlum olub.

Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, Belarus səfirliyinin müşaviri Aleksandr Poqanşev Güzeltepe məhəlləsində 13 yaşlı oğlu ilə gedərkən türk qonşusu tərəfindən güllələnib. 

İki güllə yarası alan Poqanşev ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatına təhlükə var.

Məlumata görə, diplomatı güllələyən təqaüddə olan hərbçi olub. Hərbçi hadisədən sonra özünü öldürüb. Həmin hərbçi ilə belaruslu diplomatın arasında münaqişə var imiş.

Xəbər lenti
0