BAKI, 23 iyul — Sputnik. Mənzil Tikinti Kooperativləri üzrə (MTK) 93 mənzil və 140 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a bu barədə məlumat verilib. Qeyd olunub ki, 408 yeni abonentə kod, 94 abonentə kart açılıb, 75 abonentlə təbii qazın alqı-satqı müqaviləsi bağlanıb. Qeyri-əhali sektoru üzrə 5 yeni obyektə rəy, 6 yeni obyektə isə qaz verilib.
Yüzdən artıq sakini evlə bağlı sevindirən xəbər
23:38 23.07.2019 (Yenilənib: 22:23 16.11.2021)
© Sputnik / Anar MustafayevГазовый счетчик, фото из архива
© Sputnik / Anar Mustafayev
Abunə olmaq
93 mənzil və 40 fərdi yaşayış evi istismara qəbul olundu